"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün qarşılaşacaqları "Real"la oyun haqda gözləntilərini bölüşüb.
Publika.az xəbər verir ki, o, Madrid klubunun ulduz futbolçularını zərərsizləşdirməli olduqlarını bildirib:
“Vinisius Junior, Kilian Mbappe, Rodriqo Qoes və Cud Bellinqemi 90 və ya 180 dəqiqə saxlamaq olmaz. Bunlar dörd müstəsna futbolçudur, biz bunu bilirik. Onların oyuna təsirini azaltmalıyıq. Onlar istənilən rəqibə qarşı yaxşı və fərqli oyun qururlar. Çalışacağıq ki, öz futbolumuzu meydanda tətbiq edək, ağıllı oynayaq, yaxşı nəticə qazanaq.
Necə oynayacağımızı bilirəm. Bizim planımız var. Ümid edirəm ki, növbəti mərhələyə adlaya biləcəyik. Bu mövsüm qeyri-sabit oynayırıq. Əvvəllər heç vaxt belə olmayıb. Amma biz qayıdırıq. Mən optimist və sakit qalıram. Komanda həqiqətən də "Real"la qarşı oyunu səbirsizliklə gözləyir”.