EN

DSX-nin hərbçisi faciəvi şəkildə ÖLDÜ

Xaçmazda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Redaktor.az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Qusarçay kəndi ərazisində qeydə alınıb.

Kənd ərazisində hərəkətdə olan avtomobil Şeydabəy Qəhrəmanovu vurub. Piyada aldığı xəsarətdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Şeydabəy Qəhrəmanov Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu olub. Hadisə baş verən zaman hərbi qulluqçu məzuniyyətdə olub.

Chosen
19
12
redaktor.az

10Sources