EN

Mask “OpenAI” üçün 97,4 milyard təklif etdi – Şirkətin rəhbərindən maraqlı reaksiya


Amerikalı milyarder İlon Maskın rəhbərlik etdiyi investorlar konsorsiumu “OpenAI” şirkətinin fəaliyyətinə nəzarət edən qeyri-kommersiya təşkilatını 97,4 milyard dollara almağa hazırdır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, onlardan biri, hüquqşünas Mark Toberoff fevralın 10-da “OpenAI”nin idarə heyətinə şirkətin bütün aktivlərini almaq üçün ərizə təqdim etdiyini açıqlayıb. Lakin şirkətin rəhbəri Sem Altman Maskın təklifini artıq mahiyyətcə rədd edib.
“Xeyr, təşəkkürlər. Əgər istəsəniz, biz “Twitter”i (Mask 2022-ci ildə “Twitter”i alıb, daha sonra onu “X” adlandırıb) 9,74 milyard dollara ala bilərik”, - deyə Altman “X” hesabında yazıb.
“The Wall Street Journal”ın qeyd etdiyi kimi, satınalma təklifi Altmanın “OpenAI”ni kommersiya müəssisəsinə çevirmək planlarını çətinləşdirə bilər.
Qeyd edək ki, 2024-cü ilin mart ayında Mask firmanın kommersiyalaşdırılması ilə bağlı “OpenAI” və Altmana qarşı iddia qaldırıb. Onun iddiası ondan ibarətdir ki, ABŞ texnologiya nəhəngi “Microsoft” tərəfindən dəstəklənən “OpenAI”nin mənfəət əldə etmək məqsədi Maskın həmtəsisçi kimi imzaladığı 2015-ci il müqaviləsi ilə ziddiyyət təşkil edir.
Belə ki, Mask və Altman, İlya Stsukever, Qreq Brokman və başqaları ilə birlikdə 2015-ci ilin dekabrında “OpenAI”ni təsis ediblər. Mask şirkətin direktorlar şurasında çalışsa da, 2018-ci ildə onu tərk edib. 2023-cü ilin yazında o, “xAI” adlı AI startapını qurub.
Chosen
11
1
yeniavaz.com

2Sources