EN

Dayanan avtomobil anidən sürüşərək kanala aşdı- FOTO

Lənkəranda hərəkətsiz dayanan avtomobil, anidən sürüşərək kanala aşıb.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə xəstəxana yolunda baş verib. Belə ki, sürücü yanacağı bitən "KİA" markalı avtomobili kanal ətrafında saxlamağa məcbur olub. Sürücü avtomobilin baqaj hissəsindən yanacaq götürmək istəyərkən, anidən avtomobil sürüşərək kanala aşıb. 

Görülən tədbirlər nəticəsində avtomobil kanaldan çıxarılıb.

Qeyd edək ki, avtomobilin sürücüsü taksi fəaliyyəti ilə məşğuldur. Həmən vaxt nəqliyyat vasitəsində sərnişin olmayıb.

Chosen
9
14
avtosfer.az

10Sources