EN

Səhər 9-dan sonra yeməyin: Təhlükəsi var

Səhər saat 9-dan sonra səhər yeməyi yeyən insanlarda depressiya əlamətlərinə 28% daha çox rast gəlinir. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “The Journal Of Affective Disorders” (JAD) jurnalında dərc olunub.

Tədqiqatçılar 11 il ərzində təxminən 24 000 yetkin könüllünün yemək vərdişlərini təhlil edib və onların sağlamlıqlarında baş verən dəyişiklikləri izləyiblər. Alimlər subyektlərin səhərlər müntəzəm olaraq səhər yeməyi yeyib-yemədiklərini, həmçinin ilk yeməyini nə vaxt yediklərini qeyd ediblər.

Məlum olub ki, səhər saat 9-dan sonra səhər yeməyi yeyən kişi və qadınların əhval-ruhiyyəsinin pisləşməsi və psixi sağlamlıq problem ehtimalı ilk yeməyi 8:00-dan əvvəl bitirənlərə nisbətən üçdə bir dəfə çoxdur. Həmçinin məlum olub ki, səhər yeməyini tamamilə atmaq da psixoloji vəziyyətə və emosional fona eyni zərərli təsir göstərir.

Elm adamları səhər yeməyini gecikdirməyin və ya onu atlamanın yuxu problemlərinə, fiziki fəaliyyətin azalmasına və ya həyatda motivasiyanın azalmasına səbəb ola biləcəyini irəli sürüblər.

Chosen
20
2
cebheinfo.az

3Sources