EN

Qadın namaz qılarkən öldürüldü - Gürcüstana qaçan əri tutuldu

Fevralın 8-də saat 23 radələrində Xəzər rayonu Binə qəsəbəsində evlərin birində 1976-cı il təvəllüdlü Lamiyə Məmmədovanın küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətindən “Bakuinfo”ya verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1979-cu il təvəllüdlü Məmmədov Ramil Məhərrəm oğlu Gürcüstanda saxlanılıb.

Bildirilir ki, L.Məmmədova namaz qılarkən öldürülübmüş.

Ramil Məmmədovun ölkəyə ekstradisiyası üçün tədbirlər görülür.

Chosen
90
25
bakuinfo.net

10Sources