EN

Dursun Özbekdən "Adana Demirspor"la oyun haqda açıqlama

style='margin-bottom:10px;'>

"Qalatasaray"ın prezidenti Dursun Özbek Superliqanın 23-cü turunda "Adana Demirspor"la matçda yaşanan hadisələrlə bağlı fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, o, qadın komandası üçün sponsorluq müqaviləsinin imzalanması mərasimində bu haqda danışıb.

Bazar günü Superliqada “Qalatasaray” - “Adana Demirspor” matçının 12-ci dəqiqəsində baş hakim Oğuzhan Çakır qonaq komandanın qapısına penalti təyin edib. 11 metrlik cərimə zərbəsini Alvaro Morata dəqiq yerinə yetirərək “Qalatasaray”ı hesabda irəli çıxarıb. 30-cu dəqiqədə hesab 1:0 olarkən “Adana Demirspor”un futbolçuları baş məşqçi Mustafa Alperlə məsləhətləşdikdən sonra qəflətən meydanı tərk ediblər. Türkiyə mətbuatının yazdığına görə, “Adana Demirspor” klub prezidentinin tələbi ilə bu addımı atıb.

Daha sonra hakim Oğuzhan Çakır matçın dayandırıldığını elan edib. Klubun keçmiş prezidenti Murat Sancak da etirazlarının hakimlərə olduğunu deyib. O, "Fənərbaxça"nın prezidenti Ali Koçun təlimatı ilə meydandan çıxdıqlarına dair iddiaları rədd edib. "Adana Demirspor"un prezidenti Bedirhan Durak qalmaqaldan sonra istefa verib. 

D.Özbek isə məsələni belə şərh edib: "Bazar günü oyun keçirdik və tamamlamaq nəsib olmadı. İdman baxımından dəyərləndirilə biləcək bir şey yoxdur. Hadisənin pərdəarxasını,necə baş verdiyini dəyərləndirmək lazımdır. Bildiyiniz kimi, son vaxtlar ölkəmizdə matçlarla bağlı müzakirələr futbolçuların oyununun dəyərləndirilməsindən kənara çıxarılır. Davamlı provokasiya tipli hərəkətlər edilir. Bu, "Qalatasaray"ı məyus edir. Futbolun belə hala gəlməyi həm ölkənin marka dəyərinə zərər verir. həm də neqativ fikirlərə səbəb olur. Bunu aradan qaldırmağımız lazımdır. Futbol ictimaiyyətinə səslənirəm, belə hərəkətlərin Türkiyə futbolunun gələcəyini qaraltdığını dərk etməliyik. "Qalatasaray"ın rəqibi olan hər kəs televiziya-televiziya gəzib ta fərqli sözlərlə, qəribə iddialarla "Qalatasaray"ı provokasiya etməyə çalıışır. Keçmişdə də belə şeylər etmişdilər. Amma heç bir faydan verməmişdi. Türk ədaləti məsələni aydınlığa qovuşduracaq, bu  hadisələrin nəyə xidmət etdiyini göstərəcək. Ötən gün İstanbul Cümhuruyyət Prokurorluğuna müraciət etdik. "Qalatasaray" provokasiyaya yönəlmiş heç bir hadisənin içində olmayacaq. Bizim bir məqsədimiz var, o da Türkiyə futboluna xidmət etməkdir".

Chosen
4
1
teleqraf.com

2Sources