Bazar ertəsi ABŞ-ın nüfuzlu qanunvericisi "Lend-liz azadlığı haqqında qanun"un qəbulu planlarını açıqlayıb. Bu, ABŞ administrasiyasına Ukraynaya silah və digər yükləri effektiv şəkildə göndərməyə imkan verəcək, Turan-ın Vaşinqton müxbiri bildirib.
Qanun layihəsində məqsəd "Rusiyanın qarşısını almaq üçün Ukrayna da daxil olmaqla, tərəfdaşlara "mühüm silahlar" göndərmək üçün prezident Trampa çevik səlahiyyətlər verməkdir", Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin baş üzvü, respublikaçı Co Uilson X sosial şəbəkəsində yazıb.
"Rusiyanı Amerika gücünün köməyilə danışıqlar masasına dəvət edin", - o əlavə edib.
Lend-liz İkinci Dünya Müharibəsi dövrünün tədbiridir, nasist Almaniyasına qarşı mübarizədə ABŞ-a öz müttəfiqlərinin ehtiyatlarını tez zamanda artırmağa imkan verib. Qanun layihəsinin tətbiqi ABŞ-ın Ukraynaya daimi dəstəyini əks etdirir.
2022-ci ilin mayında ABŞ Konqresi Ukraynada demokratiyanın lend-liz üzrə müdafiəsi haqqında qanunu təqdir etmişdi, lakin istifadə olunmadan bir il sonra qüvvədən düşdü.