EN

Bakıda “Azərbaycan Maliyyə Forumu” keçiriləcək - TARİX

14 fevral 2025-ci il tarixində “JW Marriott Absheron Baku” mehmanxanasının Şərq zalında keçiriləcək “Azərbaycan Maliyyə Forumu” keçiriləcək.

Marja.az xəbər verir ki, Forumun mövzusu “Nailiyyətlər və Çağırışlar”dır. 

“Azərbaycan Maliyyə Forumu” Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının təşkilatçılığı ilə  keçirilir.

Forumda maliyyə sektorunda fəaliyyət göstərən təşkilatların rəhbərləri və nümayəndələrinin iştirakı ilə  ölkəmizdə maliyyə sektorunun inkişafı, xüsusilə də maliyyə vasitəçiliyi və inklüzivliyinin yüksəldilməsi, innovativ texnologiyaların tətbiqi imkanlarının genişləndirilməsi, habelə rəqəmsal maliyyə xidmətlərinin artırılması üzrə nailiyyətlər və qarşıda duran prioritetlər müzakirə olunur.

Azərbaycan Maliyyə Forumu
Chosen
27
marja.az

1Sources