EN

Şabranda direktorla valideynlər arasında qalmaqal- Məktəb bağlanır? (AÇIQLAMA/VİDEO

Şabran şəhəri 4 nömrəli tam orta məktəbdə direktorla valideynlər arasında qalmaqal yaşanıb.

 Oxu24.comın məlumatına görə, valideynlər məktəbin bağlanacağını və şagirdlərin başqa təhsil müəssisələrinə köçürələcəyini iddia edirlər. Bu səbəbdən məktəb direktoruna etiraz ediblər.

Quba-Xaçmaz Regional Təhsil İdarəsindən  Oxu24.com ın sorğusuna cavab olaraq bildirilib ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şabran şəhəri, Məmmədağa Nəzirov adına 4 nömrəli tam orta məktəbin bağlanacağı ilə bağlı iddialar həqiqəti əks etdirmir:

"Adıçəkilən təhsil müəssisəsinin növbəti tədris ilindən tam orta təhsil səviyyəsinə keçirilməsi planlaşdırılır. 9-cu sinifə qədər birinci korpusda, 10-11-ci siniflər isə ikinci korpusda təhsil alacaqlar".

 

Chosen
35
3
oxu24.com

8Sources