EN

Gürcüstana qatarla gediş-gəliş bərpa olunur? - RƏSMİ

Azərbaycan-Gürcüstan arasında dəmir yolu vasitəsi ilə sərnişindaşımanın bərpası planlaşdırılmır.

Avtosfer.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-dən Teleqraf-ın sorğusuna cavabda bu barədə bildirilib.

Qeyd edilib ki, hazırda Azərbaycanın quru sərhədləri bağlı olduğundan bütün istiqamətlərə beynəlxalq sərnişindaşıma dayandırılıb.

“Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda xüsusi karantin rejimi davam edir və ölkənin quru sərhədləri bağlıdır. Bununla əlaqədar qatarlarla beynəlxalq istiqamətdə sərnişindaşıma həyata keçirilmir”, - deyə qurumdan deyilib.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə mart ayından Azərbayan-Rusiya, Azərbaycan-Gürcüstan arasında dəmir yolları vasitəsilə sərnişindaşımanın bərpa olunacağına dair məlumatlar yer almaqdadır.

Chosen
8
1
avtosfer.az

7Sources