EN

“Transparency İnternational” korrupsiya ilə bağlı məlumatları yeniləyib

11 fevral 2025-ci ildə 2024-cü il üçün “Transparency International” illik Korrupsiya Qavrama İndeksini (KQİ, İng. Corruption Perceptions Index, CPI) dərc edib. İndeks 180 ölkədə dövlət sektorunda korrupsiyanın səviyyəsini qiymətləndirir və ölkələr üzrə korrupsiyanın qavrayış səviyyəsinin qiymətləndirilməsi və müqayisəsi üçün əsas beynəlxalq alət olaraq qalır.

2024-cü ilin sonunda Azərbaycan 100 mümkün xaldan 22 xal toplayıb (180 ölkə arasında 154-cü yer). Azərbaycan bir pillə geriləyib.

CPI 2024 liderləri: Danimarka (90 bal), Finlandiya (88) və Sinqapur (84).

CPI 2024 autsayderləri: Cənubi Sudan (8), Somali (9) və Venesuela (10).

Keçmiş SSRİ-nin digər ölkələri hansı yerləri tutublar?

63. Ermənistan

114. Belarusiya

53. Gürcüstan

88. Qazaxıstan

146. Qırğızıstan

38. Latviya

32. Litva

76. Moldova

154. Rusiya

164. Tacikistan

165. Türkmənistan

121. Özbəkistan

105. Ukrayna

13. Estoniya

107. Türkiyə

151. İran

30. İsrail

Korrupsiya Qavrama İndeksi ölkələrin dövlət sektorunda korrupsiya səviyyəsinin reytinqidir. Reytinq ekspertlərin və biznes ictimaiyyətinin qiymətləndirmələri əsasında tərtib edilir və sadə vətəndaşların rəyləri nəzərə alınmır. CPI 13 müxtəlif mənbəyə əsaslanır və onların hər biri müəyyən meyarlar üzrə korrupsiyanın səviyyəsini təhlil edir.

Almaz Həsənli

Chosen
23
oxumeni.az

1Sources