EN

Həftədə bir dəfə yumurta yemək bu xəstəlikdən QORUYUR

Həftədə 1-6 dəfə yumurta yemək bütün səbəblərdən ölüm riskinin azalması ilə əlaqələndirilib.

Medianews.az xəbər verir ki, bununla bağlı yaşlı insanlar arasında araşdırma aparılıb.

Həftədə altı dəfə yumurta yeyənlərin ürək-damar xəstəliklərindən ölüm riski 29 faiz az olduğu üzə çıxıb. Mütəmadi olaraq yumurta yemək yaşlı insanlar arasında ürək-damar xəstəliklərindən ölüm riskinin azalması ilə əlaqələndirilib.

Avstraliyanın Monash Universitetindən olan tədqiqatçılar 70 yaş və yuxarı olan 8700-dən çox şəxsi müşahidə ediblər.

Həftədə bir-altı dəfə yumurta yeyən şəxslərin bütün səbəblərdən ölüm riski ayda iki dəfə və ya daha az yumurta yeyənlərə nisbətən 15 faiz az olub.

“Bizim nəticələrimiz göstərir ki, həftədə altı yumurta yemək yaşlı insanlar arasında bütün səbəblərdən və ürək-damar xəstəliklərindən ölüm riskini azalda bilər”,- deyə Monash Universitetinin epidemologiya və profilaktik tibb üzrə müəllimi Holli Uayld bildirib.

Holli Uayld daha sonra bildirib ki, uzun müddət yumurta yemək yüksək xolesterin səviyyəsi olan insanlar üçün təhlükəli hesab olunur: “Yumurta zülal və B qrup vitaminləri, folat, doymamış yağ turşuları, yağda həll olunan vitaminlər (E, D, A və K), xolin və çoxsaylı minerallar kimi əsas qida maddələrinin mənbəyidir. Lakin uzun müddət yumurta yemək yüksək xolesterin səviyyəsi olan insanlar üçün təhlükəli hesab olunur, çünki bu, qan damarlarının tıxanmasına səbəb ola bilər və bu da ürək problemləri və ya insult riskini artırır. Buna görə də komanda olaraq yüksək xolesterin səviyyəsi (dislipidemiya) diaqnozu qoyulmuş insanlar arasında əlavə araşdırma apardıq. Biz müəyyən etdik ki, dislipidemiyası olan iştirakçılar arasında həftədə yumurta yeyənlərin ürək-damar xəstəliklərindən ölüm riski nadir hallarda və ya heç yeməyənlərə nisbətən 27 faiz az olub, bu da göstərir ki, bu qrupda yumurta yeməklə bağlı risk dislipidemiyanın olmasından asılı deyil”.

Medianews.az

Chosen
13
medianews.az

1Sources