Bakı. Trend:
Şirkətlərdə düzgün qiymətləndirmə, mükafatlandırma vəcəzalandırma sistemləri qurulmalı və tətbiq edilməlidir.
Trend xəbər verir ki, bunu"PAŞA Holding" MMC-nin baş icraçı direktoru Cəlal Qasımov bu günBakıda Keçirilən İnsan İnkişafı Forumunda deyib.
O bildirib ki, biznes olaraq əsas rol ondan ibarət olmalıdır ki,insanlar bilik və bacarığa əsaslanaraq işə götürülsünlər:
"Bu, sadə səslənir, amma reallıqda, praktikada, təəssüf ki, oqədər də özünü göstərmir. Bunun subyektiv və obyektiv səbəblərivardır. Eyni zamanda şirkətlərdə düzgün qiymətləndirmə,mükafatlandırma və cəzalandırma sistemləri qurulmalı və tətbiqedilməlidir. Bir çox şirkət və bizneslərdə insanların işininəticəyə görə dəyərləndirirlər. Fikrimcə, Azərbaycanda biznescəmiyyəti birinci növbədə niyyətə görə dəyərləndirməlidir. Hər birinsan səhv edə bilər, nəticə yaxşı olmaya bilər. Amma niyyət nədir- birinci bunu başa düşmək lazımdır. Bunu bizneslər qəbul və tətbiqedirmi? Bu, özü böyük bir sualdır".
"Niyyətin yaxşı olmasına baxmayaraq, nəticə arzuolunan deyilsə,səbəbkar işdən azad edilməlidir. Amma hər hansı bir səhvə görədərhal cəzalandırmaq heç də yaxşı bir şey deyil. Biznescəmiyyətləri birinci növbədə insanların niyyətlərini başa düşməlivə onu dəyərləndirməlidirlər.
Ən vacib məqamlardan biri daxili dürüstlük prinsiplərinə sahibidarəetmə sistemlərinin qurulmasıdır. Hər bir sistem özü eləqurulmalıdır ki, o, insanların, ilk növbədə gənclərin hər hansısəhv etmələrini çətinləşdirməlidir. Sistem onları düzgün addımlaratmağa, düzgün qərarlar qəbul etməyə vadar etməlidir", - deyə ovurğulayıb.