EN

Qayınanasının 9 minini götürdü - özünə kostyum, telefon, araq aldı...

Naxçıvanda, Babək rayonunun Hacıvar kəndində oğurluq hadisəsi baş verib. Saxlanılan şəxs qayınanasının 9 min manatını oğurlayıb.

Bakıvaxtı.az musavat.com-a istinadla xəbər verir ki, 35 yaşlı Babək pulu götürən zaman içkili olub.

O, evdə heç kimin olmadığını bilib. Pulu götürdükdən sonra Naxçıvan şəhərinə gedib. Özünə kostyum, köynək, ayaqqabı, telefon və araq alıb. Sonra babasının kəndinə gedib.

Babəkin atası oğlunun əlində xeyli miqdarda pul görüb və şübhələnib. Buna görə Babəkin yoldaşına zəng edərək məlumat verib. Babəkin yoldaşı evə baxan zaman pulun olmadığını görüb. Bundan sonra Babəki polis taparaq kəndə gətirib. Onun üzərindən 6700 manat aşkar edilərək götürülüb. Babək içkili olduğu üçün nə qədər pul götürdüyünü, nə qədərini xərclədiyini bilmədiyini deyib.

Araşdırma zamanı məlum olub ki, Babək spirtli içki aludəçisi olub. Qayınanası onu bağışlayıb.

Məhkəmə Babək barəsində 2 il azadlığın məhdudlaşdırılması cəzası təyin edib.

Chosen
3
bakivaxti.az

1Sources