EN

BP-nin 2024-cü ildə əldə etdiyi xalis mənfəətin məbləği açıqlanıb

Böyük Britaniyanın “BP Plc” neft şirkəti 2024-cü ilin dördüncü rübünü xalis zərərlə başa vurub.

"İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilib.

BP-nin oktyabr-dekabr aylarında xalis zərəri 1,959 milyard ABŞ dolları təşkil edib. Şirkət 2023-cü ilin müvafiq dövründə isə 371 milyon ABŞ dolları mənfəət əldə edilib.

2024-cü ilin yekunları üzrə BP-nin xalis mənfəəti əvvəlki ildəki 15,239 milyard ABŞ dolları ilə müqayisədə 381 milyon ABŞ dollarına qədər azalıb. Korrektə edilmiş mənfəət 13,836 milyard ABŞ dollarından 8,915 milyard ABŞ dollarına düşüb.

Dördüncü rübdə şirkətin kapital qoyuluşu 3,7 milyard ABŞ dolları, ötən ilin yekunları üzrə isə 16,2 milyard ABŞ dolları təşkil edib.

Son üç ayda BP-nin bazar dəyəri təxminən 25 %, FTSE 100 fond indeksi isə təxminən 8 % artıb./report/

Chosen
10
4
ikisahil.az

5Sources