EN

"Real"ın hücumçusu MS ilə dueldən öncə belə danışdı

"Real Madrid"in hücumçusu Rodriqo Qoes Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Mançester Siti"yə qarşı keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, "Marca" onun sözlərini belə çatdırıb:

"Həmişəki kimi, onlara qarşı oynamaq çətin olacaq. Birinci matçda təzyiq həmişə əlavə çətinlik yaradır. Biz ötənilki mentalitetlə mübarizə aparmalıyıq. "Siti" ilə səfərdə üz-üzə gələn istənilən kollektiv onların futbolçularının xüsusiliyi, topla əla rəftar etmələri səbəbindən əziyyət çəkir. Hər zaman öz işimi görməyə və istənilən ssenariyə hazıram".

Xatırladaq ki, "Mançester Siti" - "Real" qarşılaşması bu gün keçiriləcək. Oyunun start fiti Bakı vaxtı ilə 00:00-da səsləndiriləcək.

Nihat

Chosen
2
fanat.az

1Sources