EN

Simonyan Rusiyanı rədd etdi – Kreml “hazırıq” dedi

Rusiya hələ də İrəvan və Bakı arasında danışıqlara vasitəçilik etməyə hazırdır, lakin tərəflər bu prosesi müstəqil şəkildə apara bilirlər.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan parlamentinin spikeri Alen Simonyanın ölkəsinin Azərbaycanla dialoqda Rusiyanın vasitəçiliyini qəbul etməyəcəyi fikrinə münasibət bildirərkən deyib.

“İrəvandan müxtəlif səviyyələrdə vasitəçiyə ehtiyac olmadığı barədə bəyanatlar səslənib. İrəvan və Bakı bu prosesi müstəqil şəkildə başa çatdırmağa qadirdir. Əlimizdən gələn hər cür yardımı göstərməyə hazır olsaq da, müstəqil səyləri alqışlayırıq. Əsas odur ki, Cənubi Qafqaz regionu sabit, sülh şəraitində olsun və rifah, əməkdaşlıq məkanına çevrilsin”, - o bildirib.

Chosen
8
axar.az

1Sources