EN

Türyançaya yıxılan qadın öldü

Qəbələdə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Savalan kənd sakini olan 1960-cı il təvəllüdlü Abdurəhmanova Maral Fətulla qızının meyiti Türyançayda tapılıb.

İlkin ehtimala görə, qadın ehtiyatsızlıqdan çaya yıxılıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
10
8
qafqazinfo.az

9Sources