EN

“Sabah” millinin futbolçusunu əvəzedici komandaya göndərib

“Sabah” futbolçusu Anatoli Nuriyevi əvəzedici heyətə göndərib.

İdman.biz xəbər verir ki, vaxtilə milliləşdirilərək Azərbaycan yığmasına cəlb olunan 28 yaşlı ukraynalı yarımmüdafiəçi “Sabah”-2” də forma geyinib.

O, Əvəzedicilər Liqasının XXII turunun "Turan Tovuz-2" ilə görüşünə start heyətində çıxıb. Anatoli 59-cu dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Bakı təmsilçisi ev oyununda 5:0 hesablı qələbə qazanıb.

İdman.biz

Chosen
7
idman.biz

1Sources