Mərkəzi Rieltor Bürosu MMC, Be Positive MMC, və EKSPERT-M MMC keçirilən ümumi yığıncaqlarda ləğv olunmaları barədə qərar qəbul ediblər.
Paralel.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Qərara əsasən, şirkətilərin hüquq və vəzifələri başqa şəxslərə keçməyəcək. Birbaşa ləğv prosesi həyata keçiriləcək.
Kreditorlar öz tələblərini 60 gün ərzində bildirə bilərlər.
Qeyd edək ki, Mülki Məcəllənin 61.7-ci maddəsinə uyğun olaraq, kreditorların pul tələbləri növbəlilik prinsipinə əsasən ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən ödəniləcək.