EN

Məktəbli qız sosial şəbəkədə özünə iki sevgili tapdı: Biri ilə kənddə görüşdü, sonra...

Göygöl rayonunda 2007-ci il təvəllüdlü Cəlal sosial şəbəkədə tanış olduğu İranə (adlar şərti verilib – red.) ilə cinsi əlaqədə olub.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Gəncə şəhərində anadan olmuş Cəlal 2023-cü ilin avqust ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə əvvəlcədən “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə danışaraq tanış olduğu İranəni Göygöl rayonunun kəndində yerləşən Mehdiyə məxsus yaşayış evinə aparıb.

Evin yataq otağında İranənin 14 yaşına çatmadığını bildiyi halda onun razılığı ilə təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Cəlalın barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəlal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Göygöl rayonunun kəndində daimi qeydiyyatdadır və valideyinləri ilə birlikdə yaşayır: “Mən “İnstagram” sosial şəbəkəsində “Cəlal.25” adlı profil hesabından canlı açan zaman İranə mənə yazdı. Əvvəlcə aramızda dostluq münasibəti yarandı. Bir müddət sonra sevgi münasibətlərinə keçdik. İranəyə parkda görüşərək gəzmək istədiyimi bildirdim. O da razılaşdı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2023-cü ilin avqust ayının əvvəllərində dəqiq gününü xatırlamadığı vaxtda təxminən saat 12 radələrində Gəncə şəhərində Bayraq meydanı adlanan yerdə İranə ilə görüşüblər: “İranə adını xatırlamadığım bir nəfər oğlanla gəlmişdi. Onun əmisi oğlu olduğunu bildirdi.

Parkda olan zaman İranə tanışların onu görəcəyindən, mamasına gedib deyəcəklərindən ehtiyat etdiyini dedi. Ona istəsə yaşadığım kəndə getməyimizi təklif elədim. İranə də mənimlə razılaşdı. Birlikdə Gəncə qalası restoranının yaxınlığından taksi ilə kəndə getdik.

Kənddə bizi kimsə görməsin deyə Mehdigilin qapısının açıq olduğunu gördük, onun evdə tək qaldığını bildiyimdən ora daxil olduq. Biz içəri girəndə Mehdi evin həyətindəydi. O, İranənin kim olduğunu soruşdu, "sevdiyim qızdı" dedim. Mehdi mağar qurmağa çağırdıqları üçün getdi. Mən İranə ilə evə daxil olduq”.

Cəlal bildirib ki, həyətdə bir az söhbət etdikdən sonra təxminən saat 17 radələrində İranəni kənddən avtobusla yola salıb: “Bundan bir həftə sonra İranə ilə yenə mənim yaşadığım kənddə görüşməyə razılaşdıq. Razılaşdığımız gün təxminən saat 09:30-da İranə kəndə gəldi. Brlikdə Mehdinin yaşadığı evə getdik. Mehdi evdə deyildi.

Biz evə daxil olaraq bir az söhbət etdikdən sonra İranənin dodağından öpdüm, cinsi əlaqədə olmaq istədiyimi bildirdim. İranə də mənimlə razılaşdı. Bir dəfə cinsi əlaqədə olduq. Sonra onu avtobusla kənddən yola saldım. İranə ilə görüşdüyüm zaman onun 15-16 yaşda olduğunu düşünmüşəm. Hadisədən sonra əməlimdən peşman olmuşam. İranə ilə barışmışam, müəyyən edilmiş yaş həddinə çatdıqda onunla evlənməyi planlaşdırıram”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən İranənin sözlərinə görə, ailəsi ilə yaşayır: “Gəncə şəhərində orta məktəbin 7 sinif şagirdiyəm. Cəlalla 2023-cü ilin avqust ayında “İnstagram” sosial şəbəkəsində tanış olmuşam. Bir həftə dost kimi danışdıqdan sonra aramızda sevgi münasibətləri yarandı. Cəlal mənimlə görüşərək parkda gəzmək istədiyi bildirdi”.

Zərərçəkmiş qeyd edib ki, Cəlalla birlikdə Bayraq meydanın parkda oturaraq söhbət ediblər: "Ona tanışlarımın görərək anama məlumat verəcəklərindən ehtiyat etdiyimi dedim. O da mənə öz yaşadıqları kəndə getməyimizi təklif etdi. Taksi ilə Cəlalgilin yaşadığı kəndə, Mehdi adlı əmisinin evinə yollandıq. Ev sahibi getdikdən sonra evdə bir az söhbət etdik, təxminən saat 17 radələrində avtobusla evimizə qayıtdım”.

Zərərçəkmiş şəxsin ifadəsinə görə, bir həftə sonra saat 09:30-da Cəlalla onun yaşadığı kənddə yenidən görüşüblər: “Mən kəndə avtobusla getdim. Cəlal mənim qabağıma çıxdı. Birlikdə yenə Cəlalın Mehdi adlı əmisinin evinə getdik. Evdə heç kim yox idi. Biz bir az söhbət etdikdən sonra Cəlal əvvəlcə paltarımı soyundurmadan sinəmə və bədənimə əlləri ilə toxundu. Sonra cinsi əlaqədə olmaq istədiyini dedi. Bildirdi ki, narahat olma, bir dəfə ilə heç nə olmayacaq, ağrıtmayacaq. Mən də razılaşdım.

Chosen
3
4
publika.az

5Sources