"Mançester Siti"nin "Qızıl top" sahibi Rodri Hernandes çarpaz bağ zədəsindən sağalmasından danışıb.
90deqiqe.Az xəbər verir ki, "Sky Sports" ispan futbolçunun dediklərini belə çatdırıb.
“Bu, həyatımızın bir hissəsidir. İdmançılar buna hazır olmalıdırlar. Amma mən həmişə müsbət bir şey axtarıram. Əlimdə olan hər şeyə görə Uca Allaha şükür edirəm.Hazırda bədənimin digər hissələrini məşq edirəm və gücləndirirəm".
İspan müdafiəçi yarımmüdafiəçi İngiltərə Premyer Liqasının cari mövsümündə cəmi iki matçda iştirak edib. Rodri hələ də mövsümün sonuna qədər meydançaya qayıdacağına ümidlidir. Fevralın 11-də “Mançester Siti” Çempionlar Liqasında “Real Madrid”lə ilk pley-off matçını keçirəcək.