EN

TƏCİLİ: Trampın təyyarəsi Moskvaya endi

ABŞ Prezidenti Donald Trampa məxsus təyyarənin fevralın 11-də Rusiyaya endiyinə dair məlumatlar yayılıb. 

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, daha sonra sözügedən təyyarənin Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkofa məxsus olduğu müəyyənləşib.

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında Vitkofun Rusiyaya səfərindən xəbərsiz olduğunu bildirib.

“Kremldə ABŞ rəsmisinin gəlişi ilə bağlı heç bir məlumat yoxdur, hər hansı təmas planlaşdırılmayıb”, – Peskov deyib.

Stiv Vitkof qısa müddət sonra Rusiya Xarici İşlər Nazirliyinin binasına daxil olarkən görüntülənib.

Paralel olaraq Rusiya XİN sözçüsü Mariya Zaxarova isə xarici işlər nazirinin müavini Sergey Ryabkovla ABŞ-ın Moskvadakı səfiri Lin Treysi arasında öncədən planlaşdırılan görüş keçirildiyini açıqlayıb.

Chosen
13
konkret.az

1Sources