EN

“Ermənistana kənardan verilən dəstəklər onu yenidən revanşizmə ruhlandırır”-Millət vəkili

“Ermənistanın hakimiyyəti sülh pərdəsi altında ölkəni hərbiləşdirir. Belə ki, Fransadan aldığı Bostion zirehli avtomobilləri və SEZAR özüyeriyən haubitsaların alışını artırıb. Gürcüstanın Puti və Batumi dəniz portları vasitəsilə yüzlərlə hərbi texnikalar gətirmiş, Hindistandan BRAHMOS raketlərin alışı ilə bağlı müqavilə bağlamışdır. BRAHMOS raketləri Hindistanda istehsal olunsa da bu hərbi silahları istehsal edən BRAHMOS Aerospase konserninin səhmlərinin 49,5% Rusiyaya məxsusdur. Ona görə də Rusiyanın razılığı olmadan Hindistan istehsal etdiyi BRAHMOS raketlərini Ermənistana verə bilməz”.

Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkilinin sözlərinə görə, Rusiya Ermənistana həmişə dayaq olub və bu gün də bu proses davam edir:

“Ermənistana kənardan verilən dəstəklər məhz onu yenidən revanşizmə ruhlandırır. Amma kimin dəstək verməsindən aslı olmayaraq Ermənistanın hərbi gücü Azərbaycandan heç vaxt üstün ola bilməz. Çünki Ermənistanın aldığı silahlar kreditlə və ya havayı aldığından heç də müasir sayıla bilməz. Azərbaycanın hərbi arsenalı isə ən müasirdir və ordumuz qarşısına qoyulan hər bir hərbi tapşırığı qısa zaman kəsiyində icra etməyə hər zaman hazırdır. Ermənistan yeni müharibə arzusuna düşərsə, bu, onlar üçün böyük fəlakət olacaq”.

//Gülnarə Abasova, Editor.az

Chosen
4
editor.az

1Sources