EN

Bəzi avtomobillərdə yanğın təhlükəsi yarandı - “Ford”, “Jeep Wrangler" “Grand Cherokee”

ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) Samsung batareyalarından istifadə edən bəzi avtomobillərdə yanğın təhlükəsinin olduğunu açıqlayaraq geri çağırılma əmri verib.

Avtosfer.az xəbər verir ki, Samsung problemi təsdiqləyərək geri çağırılmanın “Ford”, “Audi” və “Stellantis” Qrupuna aid 180-dən çox avtomobili əhatə etdiyini bildirib.

“Stellantis” Qrupu bu problemdən ən çox zərər görən istehsalçıdır. Geri çağırılma siyahısına 2020-2024 “Jeep Wrangler 4xe” və 2022-2024 “Jeep Grand Cherokee 4xe” modelləri də daxildir.

NHTSA-nın məlumatına görə, akkumulyator hüceyrələrindəki separatorun zədələnməsi yanğına səbəb ola bilər. “Samsung-un apardığı araşdırmalara əsasən, 2020-2024 “Ford Escape” və 2021-2024 “Lincoln Corsair” modelləri də eyni problemlə üzləşib.

“Audi” modellərində də risk var

“Volkswagen” və “Samsung” hələlik “Audi” modellərində problemin mahiyyətini tam açıqlamayıblar. Bununla belə, geri çağırılan “Audi” modellərinin 2022 “Audi A7” və 2022-2023 “Audi Q5” olduğu bildirilir. Məlumata görə, bu avtomobillərdə termik yüklənmə nəticəsində tüstü və ya yanğın baş verə bilər.

Problemin həlli yolu varmı?

“Samsung” bildirib ki, hazırda problemin konkret həlli yoxdur. Bununla belə,“Ford” sahibləri avtomobillərində nasazlıq yarandıqda idarə panelində “Dərhal təhlükəsiz dayan”xəbərdarlığını görəcəklər. Hazırda bütün markalar üçün yeganə müvəqqəti həll batareya sisteminin nasazlıq aşkar etdiyi zaman sürücünü xəbərdar edəcək proqram yeniləməsidir.

Bu hadisə, 2016-cı ildə “Samsung Galaxy Note 7” modelində yaşanan batareya problemini xatırladır. Həmin vaxt cihazın həddindən artıq qızması və alovlanması səbəbindən “Samsung” bütün “Note 7”ləri geri çağırmış və istehsalını dayandırmışdı.

Eltac Zülfüqaroğlu

 

Chosen
14
avtosfer.az

1Sources