EN

Suriya Prezidenti: "Trampın planı cinayətdir"

"Reuters" xəbər agentliyininməlumatınagörə, bu sözləri Suriya Prezidenti Əhməd Əş-Şərəə Britaniyada podkast yayımında çıxışı zamanı dilə gətirib. O vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın fələstinliləri Qəzza zolağından köçürmə və zolağı ələ keçirmə planı "ciddi mənada cinayətdir".

"Şübhəsiz ki, bu plan iflasa uğrayacaq. ABŞ-dən qabaq bir çox ölkə qəzzalıları öz yurd-yuvasından didərgin salmağa çalışsa da, bacarmadı. Xüsusilə də son il yarım ərzində Qəzzada baş verən müharibə ərzində belə bir niyyətin uğursuz nəticələndiyini gördük. Donald Trampın fələstinliləri öz torpaqlarından sıxışdırmaq cəhdi nə məntiqi, nə mənəvi, nə də siyasi baxımdan doğrudur",- Suriya lideri deyib.

Xatırladaq ki, Donald Tramp ötən günlərdə "Qəzza zolağının xarabalığa, təhlükəli zonaya çevrildiyi" arqumentini irəli sürərək, sakinlərin təhlükəsiz ərazilərə, əsasən də Misir və İordaniyaya köçürülmələrinin vacibliyini vurğulayıb. Bu təklif istər regional qüvvələr, istərsə də regiondan kənardakı ölkələr tərəfindən birmənalı qarşılanmayıb. O, İsrailin Baş naziri Benyamin Netanyahu ilə Vaşinqtonda birgə mətbuat konfransında isə təklifini daha da irəliyə apararaq, Qəzza üçünxüsusi planınıdiqqətə çatdırıb.
Tramp:"Səbrimiz tükənir"

"ABŞ Qəzza zolağını nəzarətə götürəcək, orada görəcəyimiz işlər var. Belə ki, bütün partlamamış bombaları və digər silahları aradan qaldıracaq, xarabalıqları təmizləyəcək, qaydasına salacaq, əhali üçün qeyri-məhdud ev və iş yerləri yaradıb iqtisadi inkişafa çatacağıq",- Tramp vurğulayıb.

Eyni zamanda, ABŞ lideri dünən HƏMAS-a qarşı "şənbə günü günortayadək bütün israilli əsirləri azadlığa buraxmaq" tələbini irəli sürüb. HƏMAS terror təşkilatının ali rütbəli sözçüsü Sami Əbu Zöhri onun bu sərt tələbini "mənasız"adlandırıb.

"Yalnız sazişin şərtləri qaydasınca yerinə yetiriləcəyi təqdirdə əsirlər öz evlərinə qayıda biləcəklər. Hədə-qorxu ilə danışmağın mənası yoxdur. Bu cür ritorika ə yalnız işləri çətinləşdirir",- o bildirib.

Firudin Həmidli
AzVision.az
Chosen
4
azvision.az

1Sources