EN

HƏMAS rəsmi olaraq ləğv etdi: İsraildən reaksiya

HƏMAS fevralın 15-nə planlaşdırılan məhbus mübadiləsini İsrailin atəşkəs razılaşmasını pozması səbəbindən təxirə salıb.

Publika.az xəbər verir ki, bu barədə HƏMAS hərəkatının hərbi qanadı olan “İzzəddin əl-Qəssam” briqadaları açıqlama verib.

Açıqlamada son üç həftə ərzində İsrailin köçkün fələstinlilərin Qəzza zolağının şimalına qayıtmasını gecikdirdiyi, müxtəlif bölgələrdə hücumları davam etdirdiyi və yardımların ehtiyacı olanlara çatmasının qarşısını aldığı vurğulanıb.

Həmçinin HƏMAS-ın İsraildən fərqli olaraq, razılaşmada qeyd olunan bütün öhdəliklərini tam yerinə yetirdiyi bildirilib:

"Bu səbəbdən gələn şənbə günü sərbəst buraxılması planlaşdırılan israilli məhbusların təhvil verilməsi növbəti xəbərdarlığa qədər təxirə salınacaq. İsrail öhdəlik götürdüyü müddətcə müqavilənin şərtlərinə sadiqliyimizi təsdiqləyirik".

Chosen
7
publika.az

1Sources