EN

Çoxdan gözlənilən debat: Liderlər bir-birlərinin ünvanına sərt ittihamlar səsləndirdilər

Almaniyada seçkilər öncəsi Sosial Demokrat Partiyasının (SPD) lideri Olaf Şolts və müxalif Xristian Demokrat İttifaqının (CDU) lideri Fridrix Merz arasında televiziya debatı qızğın müzakirələrə səbəb olub. Liderlər 25 dəqiqə ərzində bir-birlərinə qarşı sərt ittihamlar səsləndirərək immiqrasiya məsələsini müzakirə ediblər.

Publika.az xəbər verir ki, seçkilərə sayılı günlər qalmış Olaf Şolts ilə Fridrix Merz dünən axşam televiziyada üz-üzə gəlib.

Debatın ilk mühüm mövzusu "Almaniya üçün Alternativ" (AfD) partiyası ilə əməkdaşlıq olub. Şolts ittifaq partiyalarının son həftələrdə parlamentdəki miqrasiya təklifi ilə bağlı AfD ilə əməkdaşlıq etdiyini və bu mövzuda Merzə olan etibarının azaldığını bildirib. Merz AfD ilə ortaq heç bir əlaqələrinin olmadığını və heç vaxt əməkdaşlıq etməyəcəklərini söyləyib.

Fridrix Merz hazırkı hökumətin immiqrasiya siyasətini tənqid edib. O, Aschaffenburqdakı faciəli hücuma toxunaraq, miqrasiya siyasətində daha sərt yanaşmanın zəruriliyini vurğulayıb.

Chosen
8
publika.az

1Sources