2024/2025-ci tədris ilinin birinci semestri üzrə TTK-ya daxil olan müraciətlərin sayı açıqlanıb.
2024/2025-ci tədris ilinin birinci semestri üzrə Təhsil Tələbə Krediti Fonduna ümumilikdə 12 873 müraciət daxil olub.
Bu barədə Operativ Media-nın sorğusuna cavab olaraq Təhsil Tələbə Krediti Fondundan məlumat verilib.
Fond bildirib ki, müraciətlərin 10 579 qəbul edilib.
TTK-nin iki növü sosial və standart kreditlərin sayı da açıqlanıb.
Belə ki, 10 579 müraciətin 3629-u sosial üzrə, 6950-si isə standart TTK üzrə rəsmiləşib.
Təhsil Tələbə Krediti Fonduna müraciət forması ilə buradan tanış ola bilərsiniz.