EN

Rasim Balayev həmkarına CAVAB VERDİ: "Ağzına gələni danışırdı"

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevdən gileylənib.

Modern.az-ın məlumatına görə, Şeyx Əbdül "qaynarinfo" saytına açıqlamasında bildirib ki, bu gün heç kəs sənətkara qiymət vermir:

"Bu gün şəxsi maraqlarına, nəfisinə, cibinə xidmət edən insanların cəmiyyətində yaşayırıq. Ona görə də sənətkara qiymət vermək adlı şey yoxdur. Çünkü çörəyi çörəkçiyə verərlər. Kinonun yiyəsi rejissordur. Aktyor kinonun sahibi ola bilməz. İndi iki aktyor Azərbaycan kinosuna rəhbərlik edir. Onların heç biri 40 ildir kinostudiyanın qapısını tanımır. Heç bilmirlər ki, kinostudiyanın qapısı hardadır. Mən deyən kimi hamı üstümə tökülür. Rasim Balayev mənim 80 illik yubileyimi təbrik də etmədi".

Rasim Balayev həmkarının gileylərinə aydınlıq gətirib.  O, həmkarının 80 illik yubileyini təbrik etmədiyini bildirib:

"Bəs, həmin aktyordan soruşmadınız ki, Rasim Balayevin sizi təbrik etməməsinin səbəbi nədir? Axı, hər şeyin səbəbi var. Əgər, Şeyx Əbdül Mahmudbəyov bunun səbəbini bilmirsə, daha ona sözüm yoxdur. Səbəbləri özü yaxşı bilir. Yoxsa nə vardı ki... Məncə, düşünsün bir az. Bizə demədiyi söz qalmadı, ağzına gələni danışırdı. Danışıb, elə indi də danışır, özünü də elə aparır ki, sanki belə şeylər olmayıb". 

Chosen
2
2
ucnoqta.az

10Sources