EN

Dövlətə məxsus maşınlar hərracda satılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bu gün keçirdiyi növbəti hərracda 2 lot üzrə 18 nəqliyyat vasitəsi satılıb.

Mia.az xəbər verir ki, hərracda lot üzrə 17 nəqliyyat vasitəsi 186 500 manata, digər nəqliyyat vasitəsi 7 100 manata satılıb.

Avtomobillərin siyahısı ilə https://clck.ru/3GJuci linki vasitəsilə tanış olmaq olar.

İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.

Chosen
24
1
mia.az

10Sources