EN

Trump nadir metallar müqabilində Ukraynaya yardım təklif edir

Bakı, TurkicWorld

ABŞ Prezidenti Donald Trump bazar ertəsi verdiyi müsahibədə Ukraynanın “bir gün Rusiya ola biləcəyini” ifadə edib.

TurkicWorld xəbər verir ki, Trump “Fox News” telekanalına verdiyi müsahibədə ölkəsinin Ukraynaya göstərdiyi yardımlar müqabilində Kiyevin nadir metallar ehtiyatından istifadə etmək istədiyini bir daha vurğulayıb.

“Mən istəyirəm ki, pullarımız təminat altında olsun, çünki yüz milyardlarla dollar xərcləyirik. Ola bilər ki, (ukraynalılar) bir razılığa gələrlər, ola bilsin gəlməzlər. Ola bilər ki, bir gün onlar rus olarlar, ola bilsin ki, heç vaxt rus olmazlar.” - deyə o bildirib.

Trump qeyd edib ki, Ukraynadan əsasən elektronika sənayesində istifadə olunan 500 milyard dollar dəyərində nadir metallar tələb edib.

Trump, Rusiya ilə Ukrayna arasında davam edən müharibənin tezliklə bitməsi üçün səylər göstərildiyini bildirərək, xüsusi elçisi Kit Kiloqun tezliklə Kiyevə səfər edəcəyini təsdiqləyib.
“Frans Press” agentliyinin məlumatına görə, Kiloq fevralın 20-də Ukraynanın paytaxtına çatacaq.

Ukrayna Prezidenti Volodimir Zelenski isə ölkəsinin Rusiya ilə imzalayacağı hər hansı sülh sazişi çərçivəsində ABŞ-dan qəti təhlükəsizlik təminatları almasını tələb edir.

Qeyd edək ki, keçən həftə Trump, Ukraynanın ABŞ yardımı müqabilində nadir metallarını “təminat” kimi təqdim edəcəyi bir razılaşma bağlamaq istədiyini açıqlamışdı. Bu bəyanata cavab olaraq Zelenski, Ukraynanın nadir metallara yönəlmiş “Amerika şirkətlərinin investisiyalarını” qəbul etməyə hazır olduğunu bildirmişdi.

Chosen
6
turkic.world

1Sources