EN

Boçorişvili: Gürcüstanla bağlı “Maydan” ssenarisi yalnız müzakirə edilməyib, hətta hazırlanıb

Gürcüstanla bağlı “Maydan” ssenarisi yalnız müzakirə edilməyib, hətta hazırlanıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Maka Boçorişvili Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi Bürosunun bəyanatına münasibət bildirərkən deyib.

O, ölkənin daxili siyasi həyatına kəskin müdaxilənin qəbuledilməz olduğunu vurğulayıb.

Nazir Avropa Şurasının bir tərəfdən müxalifətin bütün xalqın adına danışdığını və xalqın adından hərəkət etdiyini göstərmək istədiyini, digər tərəfdən isə müxalifətin seçkilərdə iştirak etmək üçün hələ hazır olmadığını və dəstəkçiləri mobilizə etmək üçün zamana ehtiyac duyduğunu qeyd edib.

Boçorişvili, həmçinin bəzi xarici siyasətçilərin açıqlamaları haqqında da danışıb.

“İsveç siyasətçisinin müdaxilə çağırışı yalnız bir müdaxilə deyil, həm də bəzi siyasətçilərin Gürcüstanla bağlı arzularını bir daha aşkara çıxarır. Bu, Gürcüstanda qarışıqlıq və sabitliyin pozulması ilə bağlıdır, hansı ki, ölkənin konstitusion nizamına qarşı yönəlir. Bunlardan biri də ‘Maydan’ ssenarisidir, bu, yalnız müzakirə edilməyib, hətta Gürcüstanla bağlı hazırlanıb”, - deyə xarici işlər naziri bildirib.

O qeyd edib ki, Vaşinqtonda bu gün atılan addımlar və verilən bəyanatlar uzun müddət ərzində səsləndirdikləri faktların və mövqelərin davamıdır və ya onların tanınmasıdır.

Nazirin sözlərinə görə, ABŞ hökumətinin qərarı xarici ölkələrin maliyyələşməsinə, o cümlədən müxtəlif ölkələrin daxili siyasətində donorların vəsaitlərinin düzgün və ya düzgün olmayan şəkildə istifadəsi məsələsinə aiddir.

“Biz, təbii ki, öz ölkəmiz haqqında danışırdıq, Azərbaycanda müxtəlif maliyyələşdiricilərin oynadığı mənfi roldan bəhs edirdik və indi artıq görürük ki, Vaşinqtonda bu məsələlərə çox fəal şəkildə yanaşılır və təkcə danışmaqla kifayətlənmir, konkret qərarlar da qəbul edilir”, - deyə nazir vurğulayıb.

Chosen
4
report.az

1Sources