"Fənərbaxça" və "Qalatasaray"ın Avropa Liqasının pley-off mərhələsində keçirəcəkləri ilk oyunlar üçün hakim təyinatları açıqlanıb.
QOL.az xəbər verir ki, "Fənərbaxça" - "Anderlext" matçı Monteneqrodan olan hakimlər briqadasına tapşırılıb.
Referi Nikola Dabanoviçə yan xətt hakimləri kimi Vladan Todoroviç və Srdan Yovanoviç köməklik göstərəcəklər. Dördüncü hakim Miloş Boşkoviç olacaq. VAR Paskal Müllerə, AVAR isə Robert Şxroderə (ikisi də Almaniya) etibar edilib.
"AZ Alkmaar" - "Qalatasaray" oyununu portuqaliyalı hakimlər idarə edəcəklər.
Referi Joao Pineronun köməkçiləri Bruno Jesus və Lusiano Mola olacaq. Dördüncü hakim funksiyasını Joao Qonçalveş yerinə yetirəcək. VAR Tiaqo Martinsə (Portuqaliya), AVAR isə Xuan Martinez Mnueraya (İsaniya) həvalə olunub.