Əfqanıstanda kamikadze hücumu: 5 nəfər ölüb, 7 nəfər yaralanıb
7NEWS.az xəbər verir ki, Əfqanıstanın Kunduz şəhərində intiharçı hücumu həyata keçirilib. Hücumda kamikadzenin özünü partlatması nəticəsində aralarında Taliban üzvlərinin də olduğu 5 nəfərin öldüyü, 7 nəfərin yaralandığı öyrənilib.