Bakı. Trend:
“Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi" yubileymedalı təsis ediləcək.
Trend xəbərverir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə bu gün təsdiqedilən Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya vəSuverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında özəksini tapıb.
Tədbirlər Planına əsasən, bununla bağlı Azərbaycan RespublikasıPrezidentinin Administrasiyası və Milli Məclisə il ərzində“Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi" yubileymedalının təsis edilməsi tövsiyə olunub.