EN

Alimlər böyrək xəstəliyindən ölüm riskini azaltmağın yeni yolunu tapıblar

Texas Universitetinin Cənub-Qərb Tibb Mərkəzinin tədqiqatçıları müəyyən ediblər ki, çəkiyə nəzarət etmək və 2-ci tip diabetin müalicəsində istifadə olunan dərmanlar xroniki böyrək çatışmazlığı olan xəstələrdə ağırlaşma və ölüm riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Editor.az bu barədə Nature Communications (NatCom) jurnalına istinadla yazır. Sözügedən dərmanlar qlükaqona bənzər peptid-1 reseptor agonistləri (GLP1-RA) kimi tanınır. Onlar qan şəkərinin səviyyəsini idarə etməyə və arıqlamağa kömək edir. Yeni araşdırmada tədqiqatçılar onları diabetin müalicəsində istifadə edilən, lakin belə əhəmiyyətli təsiri olmayan başqa bir dərman sinfi olan dipeptidil peptidaz-4 inhibitorları (DPP4i) ilə müqayisə ediblər. Diabet və xroniki böyrək xəstəliyi olan 64,000-dən çox xəstənin tibbi məlumatlarının təhlili GLP1-RA-dan istifadə edən insanların xəstəxanaya yerləşdirilmə ehtimalının daha az olduğunu, böyrək çatışmazlığının daha yavaş olduğunu və bütün səbəblərdən ölüm hallarının 16% azaldığını göstərib. Bu, xüsusilə vacibdir, çünki bu cür xəstələr ürək-damar xəstəlikləri, infeksiyalar və kritik dərəcədə aşağı qan şəkəri də daxil olmaqla müxtəlif ağırlaşmalarda həssasdırlar.

Alimlər ümid edirlər ki, onların işləri xroniki böyrək xəstəliklərinin müalicə qaydalarına yenidən baxılmasına gətirib çıxaracaq və gələcəkdə bu xəstəlikdən əziyyət çəkən minlərlə insana kömək edəcək.

//Gülnarə Abasova, Editor.az

Chosen
8
editor.az

1Sources