Kristal Abşeron və "Changers Academy” birgə əməkdaşlıq çərçivəsində yeni tədris və iş proqramı təqdim edir. Bu proqram tikinti sahəsində təcrübə qazanmaq, karyerasına sıfırdan başlamaq və mövcud biliklərini inkişaf etdirmək istəyənlər üçün nəzərdə tutulub.
Tikinti layihələrinin idarə olunması tədris proqramı 3 ay müddətində davam edəcək və bu müddət ərzində iştirakçılar layihə idarəetmə prinsipləri, inşaat proseslərinin mərhələləri, resurs planlaması, büdcə, vaxt və risklərin idarə edilməsi kimi sahələrdə biliklər əldə edəcəklər. Tədris müddətində tələbələr Kristal Abşeronun inşaat layihələrində iştirak edərək sahə və ofis texniki gəzintilərində yer alacaq, real praktiki təcrübə qazanacaqlar.
![](https://static.cdnsb.net/qaynar-s3/2025-02/95ff6d2227261435858efed45f70344b_2.jpg)
Tədris proqramını uğurla tamamlayan iştirakçılar Kristal Abşeronda iş imkanı əldə etmək şansı qazanacaqlar. Hazırda qeydiyyat davam edir və qısa müddət ərzində yeni qrupların tədrisə başlaması planlaşdırılır.
Proqramın əsas üstünlüyü ondadır ki, iştirakçılar öyrəndikləri nəzəri bilikləri birbaşa real layihələr üzərində tətbiq edəcəklər. Tədrisi Kristal Abşeron şirkətinin Layihələrin İdarəolunması Departamentinin rəhbəri Elmin Yusifov aparacaq. O, Azərbaycan, Türkiyə və Gürcüstanda mühüm tikinti layihələrinin idarə olunması üzrə geniş təcrübəyə malikdir.
![](https://static.cdnsb.net/qaynar-s3/2025-02/3f0d907270591324503e1b60096ec1c9_3.jpg)
"Changers Academy” müasir dövrdə tələbatın yüksək olduğu sahələr üzrə ixtisaslaşmış tədris müəssisəsidir. Akademiya Tikinti layihələrinin idarə olunmasından başqa Dijital Memarlıq, Rəqəmsal Marketinq, İnteryer dizayn, Qrafik və Motion dizayn kimi istiqamətlərdə peşəkar mütəxəssislər yetişdirir.
![](https://static.cdnsb.net/qaynar-s3/2025-02/decd46c05fd4cd783eea690165801f53_4.jpg)
Qeydiyyat və əlavə məlumat üçün 010 255 75 55 nömrəsi ilə əlaqə saxlaya və ya İnşaatçılar metro stansiyasının yaxınlığı, Abbas Mirzə Şərifzadə küçəsi 104
10Sources
-
qafqazinfo.az“Kristal Abşeron” və “Changers Academy” birlikdə yeni tədris və iş imkanları təqdim edir! - Fotolar ( 15404673)
-
7news.az“Changers Academy”də təhsil al, Kristal Abşeronda işləmək şansı qazan! ( 15402499)
-
pravda.azTəhsil al, təcrübə qazan, inşaat sektorunda iş imkanı əldə et - "Changers Academy" ( 15401349)
-
manset.azTəhsil al, təcrübə qazan, inşaat sektorunda iş imkanı əldə et! – “Changers Academy” ( 15400363)
-
demokrat.azKristal Abşeron və “Changers Academy”dən inşaat sahəsində unikal tədris və karyera fürsəti! ( 15399709)
-
azxeber.comTədris və iş bir arada – Kristal Abşeron və "Changers Academy"dən möhtəşəm fürsət! ( 15399667)
-
publika.azİnşaat sahəsində karyera qurmaq istəyənlər üçün yeni tədris və iş imkanı ( 15399473)
-
bizim.mediaİnşaat sahəsində karyera qurmaq istəyənlər üçün yeni tədris və iş imkanı ( 15399469)
-
bizim.mediaTədris və iş bir arada – Kristal Abşeron və “Changers Academy”dən möhtəşəm fürsət! ( 15399565)
-
Ajans.azTələbələr üçün iş imkanları yaradan yeni tədris müəssisəsi fəaliyyətə başlayıb. - “Changers Academy” ( 15399267)