EN

Taekvondoçumuz Türkiyədə gümüş medal qazanıb

Türkiyənin Antalya şəhərində G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirinin açılış mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, mərasimdə Türkiyə Taekvondo Federasiyasının rəhbərliyi tərəfindən Azərbaycan Taekvondo Federasiyasına xatirə hədiyyəsi təqdim olunub. 

Həmçinin yeniyetmələr yaş kateqoriyasında ölkəmizi təmsil edən “Kristal Abşeron” klubunun yetirməsi Ülvi Məmmədov (37 kq) gümüş medala layiq görülüb. Finala gedən yolda idmançımız 5 rəqibi üzərində qələbə qazanaraq həlledici qarşılaşmada türkiyəli taekvondoçuya məğlub olub.

Bu gün yarışda böyükyaşlı taekvondoçularımız mübarizəyə qoşulublar. Böyüklər arasında qarşılaşmalara sabah yekun vurulacaq.

Fevralın 13-14-də isə gənclər tatami üzərində mübarizə aparacaqlar.

Parataekvondoçularımız Türkiyədəki turnirdə iştirak edəcəklər

Taekvondo üzrə yeniyetmələrdən ibarət millimiz toplanışa başlayıb

Qaşım Maqomedov medalından danışdı - VİDEO

Azərbaycan millisində yeni təyinat

Taekvondo millimiz Bakıda təlim-məşq toplanışına başlayıb

Chosen
13
apasport.az

1Sources