EN

ABŞ səfiri Rusiya Xarici İşlər Nazirliyində kiminlə görüşüb?

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bu gün Birləşmiş Ştatların Moskvadakı səfiri Linn Treysi ilə görüşüb.

RF XİN mətbuat təmsilçisi Mariya Zaxarova görüşün planlı olduğunu, diplomatların xarici müəssisələrin Rusiyadakı fəaliyyətini müzakirə elədiklərini bildirib.

Qeyd edək ki, dünya mediasında yayılan xəbərlərdə ABŞ-ın Moskvadakı səfiri Linn Treysinin RF XİN-ə gözlənilmədən getdiyi, görüş səbəbinin naməlum olduğu bildirilirdi.

Hürr Tərcüman

 

Chosen
9
10
hurriyyet.az

10Sources