EN

Nənəsini və həyat yoldaşını bıçaqlayan şəxs 16 il azadlıqdan məhrum edilib

Nənəsini və həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Elnur Əliyevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Elnur Əliyev 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittihama görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Əliyev Elnur Şahid oğlu yaşadığı fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı bıçaqla evin qonaq otağında olan nənəsi Tatilova Laçın Həsən qızına daxilə nüfuz edən 1, arvadı Məmmədova Elminaz Sənan qızına isə daxilə nüfuz etməyən 1 xəsarət yetirib.

Faktla bağlı cinayət işi başlanıb və E.Əliyev şübhəli şəxs qismində saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Chosen
23
6
apa.az

7Sources