Yazıçı Elxan Elatlı Yazıçılar Birliyinə (AYB) təqaüd və ev üçün müraciət etdiyini, ancaq ərizəsinə baxılmadığını açıqlayıb.
Modern.az-ın məlumatına görə, o, "kulis.az"a bildirib ki, bunun üçün AYB-yə iki dəfə ərizə yazsa da, heç birinə baxılmayıb.
"Sonra heç vaxt heç nə üçün ağız açmamaq qərarına gəldim. Yazıçılara pis münasibət mənə çox təsir edir. Hətta mənimlə yola getməyən, məni tənqid edən yazıçılara qarşı da pis rəftar edildiyini görmək məni incidir", - Elxan Elatlı deyib.
Məsələ haqqında AYB-nin sədri, Xalq yazıçısı Anar da açıqlama verib.
O bildirib ki, Elxan Elatlının heç bir ərizəsindən, müraciətindən xəbəri yoxdur.
"Bunu mənə bildirsəydilər belə, yaxın vaxtda ev məsələsi yoxdur, təqaüdə baxarıq, imkan varsa, edərik", - Anar deyib.
"Elxan Elatlı bu müraciəti indi yox, daha öncələr edib, sadəcə, indi deyir ki, vaxtilə müraciət etmişəm, ərizəmə baxılmayıb", - sualına isə Anar belə cavab verib: "Əgər çoxdan eləyibsə, indi niyə yadına düşüb..?"