EN

Çörəyin qiyməti ilə bağlı mühüm XƏBƏR

Azərbaycanda unun son topdansatış qiyməti məlum olub.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, yanvarın 30-dan etibarən ölkədə 50 kq-lıq unun son topdansatış qiymətləri 26.50 - 28.20 manat arasında dəyişir. Daha əvvəl bu rəqəm 26 - 28.20 manat təşkil edirdi.
Belə ki, ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü "Dəvəçi-Taxıl" MMC (26 manat 50 qəpik), ən bahalısı isə "Azeri-Arapoğlu U.S.və T.LTD" BM-dir (28 manat 20 qəpik). "Dəvəçi-Taxıl" MMC tərəfindən istehsal olunan unun topdan satış qiymətləri əvvəlki göstəriciləri ilə müqayisədə 50 qəpik bahalaşıb. Bu ilin fevralın 10-dan etibarən Azərbaycanda istehsalçılar tərəfindən unun topdansatış qiyməti aşağıdakı kimi müəyyənləşib:
"ATS MİLL" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.20 manat (10 qəpik baha); "Anadoluqida" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.40 manat (25 qəpik baha); "AVETA" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.3 manat (15 qəpik baha); "KARAT HOLDİNQ" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.3 - 27.4 manat (15 qəpik baha);
"Dəvəçi-Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26.8 manat (20 qəpik baha); "Gəncə Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.6 manat (25 qəpik baha); "NEON" Firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.85 manat (25 qəpik baha); "Nural" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 28.10 manat (40 qəpik baha); "Qarabağ un" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26.90 manat (10 qəpik baha); "Hazartürk LTD" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27 manat; "Sünbül 2012" MMC, "Avrora" MMC və "Taxıl AQRO" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.3 manat (30 qəpik baha); "SKY AGRO" MMC və "Bakı Taxıl Terminalı" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.1 manat (5 qəpik baha); "Səma" fərdi firması, "PAK-NUR" FİRMASI, "Nadir Quliyev adına Bakı-Taxıl" ASC, "Karmen", "Orxan UN", "Xırman", "Dəniz un sənayesi LTD" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.3 manat (25 qəpik baha).
Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Ajans.az”a deyib ki, 2023-cü ildə dünya bazarında 1 ton buğdanın qiyməti 340 dollar olub:

‘’Lakin bu rəqəm 2024-cü ilin birinci yarısında 240 dollara qədər azaldı. Buna baxmayaraq, ilin sonlarına doğru qiymətlərdə dəyişiklik yaşandı. Beləki 2024-cü ildə dünya bazarında 1 ton buğdanın qiyməti orta hesabla 290 dollar olub. 2024-cü ildə qiymətlərdə təxminən 17 faizədək ucuzlaşma vardı. 2025-ci ildə gözlənilən proqnozlara görə, dünya bazarında buğdanın qiymətinin bahalaşması proqnozlaşdırılırdı. Hal-hazırda həmin gözləntilər qüvvədədir. Buna səbəb kimi Avropada buğda ixracatçılarının tədarük göstəricilərinin aşağı düşməsi, bir sıra logistik problemlər göstərilirdi. 2025-ci ilin birinci yarısı üçün bağlanan sövdələşmələrə nəzər saldıqda görərik ki, qiymətlər 300 dollar civarında dəyişir. Yəni, bu rəqəm həm ötən ilin, həm də əvvəlki illərlə müqayisədə xeyli ucuzdur. 2025-ci ildə buğdanın qiyməti təxmini 10 dollar bahalaşa bilər. Bu zaman Azərbaycanda unun qiymətinin bahalaşmasını daxili faktorlarla əlaqələndirmək daha doğru olardı. Çünki kommunal xidmətlərin qiymətinin və minimum əməkhaqqının artırılması sahibkarların xərclərini çoxaldır’’.

Ekspert vurğulayıb ki, Azərbaycanda ötən ay çörəyin qiyməti 18 faiz bahalaşdı:

‘’Bu artım isə sahibkarların daxili istehsalat zamanı xərclərinin artmasından irəli gəlirdi. Yəni, daxildə xərclər yüksəldiyi üçün sahibkarlar yükü kompensasiya etməyə çalışdılar. Azərbaycanda unun qiymətinin bahalaşması isə dünya bazarları ilə bağlı olmayan bir nüansdır. Fikrimcə, unun qiymətindəki artım davamlı olmayacaq. Həmçinin, bu mövsümü xarakter daşıyır. Adətən, yanvar-mart aylarında iri buğda ixracatçıları təchizat məsələlərində müəyyən yubanmalara yol verirlər. Bu addım bilərəkdən qiymətləri artırmaq cəhdidir. Zənnimcə, mart ayından etibarən qiymətlərin sabitləşməsi dövrü başlayacaq".

Chosen
40
17
Ajans.az

10Sources