Kanada ABŞ prezidenti Donald Trampın planlaşdırdığı ən son ticarət maneələrinə cavab verəcək. Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunu Baş Nazir Castin Trüdo bildirib. Tramp martın 12-dən ABŞ-yə daxil olan bütün polad və alüminium məhsullarına 25% idxal vergisi tutacağını bildirib. Kanada hər iki metalın ABŞ-a ən çox ixracatçısıdır.
Kanada bir neçə həftə ərzində Vaşinqtonla ikinci ticarət qarşıdurması ilə üzləşdiyi üçün Trudeau, yeni tariflərin tamamilə əsassız olduğunu bildrib.