EN

Litva Prezidenti: Əlvida Rusiya, əlvida Lenin!

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas keçən həftə Litva, Latviya və Estoniyanın Rusiyanın elektrik şəbəkəsindən ayrılacağını elan etmişdi.

Turkustan.az xəbər verir ki, Kallas bu addımla Baltikyanı ölkələrin Rusiyanın şantaj və təsirindən qurtulacağını iddia edib. Kallasın bəyanatından bir neçə gün sonra Litva, Latviya və Estoniya Rusiya elektrik şəbəkəsindən həmişəlik ayrılıb və Avropa Birliyinin elektrik stansiyasına qoşulub.

Litva prezidenti Gitanas Nauseda vəziyyəti ironik ifadələrlə yekunlaşdırıb. Nausėda "Əlvida Rusiya, əlvida Lenin"-deyə, bildirib. O, Baltikyanı ölkələrin Sovet İttifaqının, sonra isə Rusiyanın təsirindən çıxdığını diqqətə çatdırıb.

Bildirək ki, hər üç ölkə Sovet İttifaqının dağılmasından sonra müstəqilliklərini elan etdilər və 29 mart 2004-cü ildə NATO-ya üzv oldular.

Aytən Yaşar/ Turkustan.az

Chosen
18
1
turkustan.az

2Sources