EN

Rəcəb Tayyib Ərdoğan İndoneziyada səfərdədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyanın paytaxtı Cakartada səfərdədir.

Prezident Ərdoğanı Halim Perdanakusuma Hərbi Hava Limanında İndoneziya Prezidenti Prabovo Subianto, Türkiyənin İndoneziyadakı səfiri Talip Küçükcan və digər rəsmi şəxslər qarşılayıblar.
Türkiyə Prezidentinin indoneziyalı həmkarı ilə təkbətək görüş keçirəcəyi, Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Birinci Toplantısı, müqavilələrin imzalanma mərasimi və birgə mətbuat konfransında iştirak edəcəyi gözlənilir.
Ərdoğanın İndoneziya Prezidenti Subiantonun onun şərəfinə verəcəyi rəsmi şam yeməyinə və Türkiyə-İndoneziya Biznes Forumuna qatılması planlaşdırılır.



Chosen
11
1
trt.net.tr

2Sources