Bu il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Bakı şəhərində və digər böyük şəhərlərdə prospekt, küçə, meydan və müvafiq ərazi vahidlərinə, metro stansiyalarına yeni adlar veriləcək.
Tribunainfo.az xəbər verir ki, bu barədə Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında qeyd edilib.
Bundan başqa, adsız zirvələrə yeni adların veriləcəyi gözlənilir.