Qəzza zolağında atəşkəs və israilli girovların fələstinli məhbuslarla mübadiləsi haqqında razılaşmanın icrasının davam etdirilməsi tamamilə İsrailin hərəkətlərindən asılıdır.
“Report” xəbər verir ki, bu barədə HƏMAS-ın Qətərdəki siyasi bürosunun yüksək vəzifəli üzvü Hüsam Bədran TASS-ın müxbirinə telefonla bildirib.
"Sazişin bütün müddəaları və təfərrüatları aydındır. Problem İsrail hakimiyyətinin sazişin həyata keçirilməsi zamanı yol verdiyi pozuntu və sui-istifadə halları ilə bağlıdır", - o qeyd edib.
H.Bədran, həmçinin deyib ki, İsrailin Baş naziri Benyamin Netanyahu sazişin şərtlərini yerinə yetirməkdən yayınmağa və manipulyasiya etməyə çalışır.