Rusiya Federasiyası Ukraynadakı xüsusi hərbi əməliyyatda yaralanan hərbçilərini müalicə üçün Şimali Koreyaya göndərir.
Herbiand.az bildirir ki, bu barədə Rusiyanın Pxenyandakı səfiri Aleksandr Matseqora bildirib.
“Bu cür qardaşlıq münasibətinin parlaq nümunəsi xüsusi hərbi əməliyyatın yüzlərlə yaralı əsgərinin Koreya sanatoriyalarında və xəstəxanalarında reabilitasiyasıdır”, - səfir qeyd edib.
Onun sözlərinə görə, Şimali Koreya bunun üçün Rusiya Federasiyasından pul almaqdan imtina edib.
Bəxtiyar CƏFƏRLİ